backend

Prezidentin bu sərəncamı qələbə mesajıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu “Qarabağa mütləq qayıdacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik” məsajıdır. Gözəl bir xəbər oldu! Cocuqmərcanlıların gözü aydın olsun. 

Bu “Qarabağa mütləq qayıdacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik” məsajıdır. Gözəl bir xəbər oldu! Cocuqmərcanlıların gözü aydın olsun.

Bu sözləri Prezident İlham Əliyevin düşmən işğalından azad edilən Cocuq Mərcanlı kəndi ilə bağlı sərəncamı haqda Axar.az-a danışan millət vəkili Qənirə Paşayeva deyib.

Qənirə xanım bildirib ki, bu gözəl kəndə son ziyarəti zamanı qısa zamanda bərpa olunması, Cocuq Mərcanlı və bu kənddən olan məcburi köçkünlərin evlərinə dönə bilmələri üçün dualar etmişdi:

“Ali Baş Komandana təşəkkürlər! İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası haqqında dövlət başçısı tərəfindən sərəncamın verilməsi çox yüksək qiymətləndirilir”.

Q.Paşayeva xatırladıb ki, Lələ Təpə işğaldan azad olunduqdan sonra bu kəndi ziyarət etmiş və kənddə yaşayan yeganə ailənin – Oqtay Nəbiyevin qonağı olmuşdu:

“Yenidən o kənddə çocuq səsinin eşidilməsi, uşaqların öz məktəblərinə getməsi, tərk edilmiş ocaqların alovlanması çox gözəl olacaq.

Çox şad oldum. Bu gözəl bir başlanğıcdır! İnşallah, torpaqlarımız azad olunacaq və Prezidentimizin bizə sevinc bəxş edən belə sərəncamlarını yenə də görəcəyik”.