Prezidentin ali hərbi rütbə verdiyi general kimdir?

Prezidentin ali hərbi rütbə verdiyi general kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam verib.

Sərəncamla general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant” ali hərbi rütbəsi verilib.

B. Qurbanov Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Babək Qurbanov, eyni zamanda “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Qeyd edək ki, “general-leytenant” Babək Qurbanov Şahbuz rayonundandır. O, 1982-ci ildə anadan olub.