Prezidentin açıqlamasına İrəvanın reaksiyası necə oldu? –ŞƏRHLƏR

Prezidentin açıqlamasına İrəvanın reaksiyası necə oldu? –ŞƏRHLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bir sıra önəmli açıqlamalar verib.

Tribunainfo.az xəbər verir ki, dövlət başçısı Ermənistanla tranzit yüklərin adşınması məsələsində bütün məhdudiyyətlərin aradan qaldırıldığını bəyan edib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin açıqlaması Ermənistanda böyük coşqu ilə qarşılanıb. Belə ki, bu ölkənin baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan İlham Əliyevin məhdudiyyətləri araddan qaldırmasını alqışladıqlarını bildirib. “Ermənistan Prezident İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı açıqlamasını alqışlayır. Bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün institutlaşması baxımından böyük əhəmiyyət kəsb edir”.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da açıqlamanı yüksək qəbul edib. “Qazaxıstan buğdasının ilk partiyası tezliklə Aktau-Bakı, daha sonra Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana daxil olacaq. Bununla da sülh bərqərar oldu”.

Tribunainfo.az bildirir ki,, Ermənistanın XİN başçısı Ararat Mirzoyan da qeyd edib ki, artıq Bakı ilə kommunikasiyaya dair məsələləri müzakirə etməyə başlayıblar. “Artıq Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və iki ölkənin kommunikasiya və nəqliyyat infrastrukturunun açılmasını müzakirə etməsi əlavə, əhəmiyyətli potensial vəd edir. Çünki regionumuz Avropanın Mərkəzi Asiya ilə birləşdirilməsində mühüm rol oynaya bilər”.

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan isə vurğulayıb ki, sülh gündəminin irəliləməsində Azərbaycanın qərarı böyük əhəmiyyət kəsb edir. “Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəminin irəliləməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Bu əsnada, Ermənistanda hakim “Mülki Müqavilə” Partiyası da Preziddent İlham Əliyevin addımını alqışladığını bəyan edib. Deputat Hasmik Akopyan bildirib ki, sülh bir imza ilə gəlmir. “Sülh birdən-birə, bir gündə, bir qərarla gəlmir; o, addım-addım formalaşır. Və hər bir müsbət addım, qarşılıqlı iradə ilə möhkəmlənərsə, hamımızı sabit və təhlükəsiz region ideyasına yaxınlaşdırır. Azərbaycanla Ermənistan da elə addım-addım sülhə yaxınlaşır”.

Fərda Uğur