Prezidentə başsağlığı verdi

Prezidentə başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveytin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə başsağlı məktubu ünvanlayıb.

Tribunainfo.az xəbər verir ki, məktubda deyilir:

“Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində insanların həlak olmaları və yaralanmaları xəbərini dərin hüznlə qarşıladıq.

Zati-aliləri, bu faciəvi hadisə ilə bağlı kədərinizi bölüşür, Sizə başsağlığı veririk. Qəzanın qurbanlarına Uca Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayırıq”.