Prezidentdən xalqına saqqal və hicab çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taciklər saqqal və hicabdan imtina etməlidirlər. 

Taciklər saqqal və hicabdan imtina etməlidirlər.

TİA.AZ xəbər verir ki, bunu xalqa müraciətində Tacikistan Prezidenti İmaməli Rəhman söyləyib. O, hicabın taciklərin ənənələrinə uyğun olmadığını bildirib.

Rəhman həmçinin saqqalın heç də dini öhdəlik olmadığını vurğulayıb:

“Biz Allaha ürəklə iman gətirməliyik. Öz doğruluğumuzu xarici atributlar vasitəsilə göstərməyə çalışmamalıyıq”, – deyə o bildirib.

Qeyd edək ki, Tacikistan uzun illərdir saqqal və hicabla mübarizə aparır. İslam radikalizminin ölkəyə təsirinin güclənməyə başlaması Düşənbə üçün hazırda əsas təhdidə çevrilib. Tacik polisi keçən il ərzində təkcə bir vilayətdə 13 min kişinin saqqalını zorla qırxdırıb. Üstəlik, qadınlar üçün dini geyimlər satılan 162 ticarət mərkəzi qapadılıb.