Prezidentdən Həsən Məmmədovla bağlı sərəncam

Prezidentdən Həsən Məmmədovla bağlı sərəncam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

TİA.AZ-ın məlumatına görə, sərəncamda bildirilir ki, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 illiyi tamam olur.

Sərəncamda qeyd edilir:

“1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Həsən Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.