backend

Prezidentdən DTX və XKX ilə bağlı Sərəncam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

TİA.AZ xəbər verir ki, sərəncama əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində “milli təhlükəsizlik,” sözləri çıxarılsın və “fövqəladə hallar,” sözlərindən sonra “dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti,” sözləri əlavə edilsin.

Bunula da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) əməkdaşlarına dövlət qulluqçusu statusu verilib.