Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
TİA.AZ-ın məlumatına görə, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40 milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
| Sıra №-si | Tədbirin adı | Ayrılan vəsait |
| Binəqədi rayonu | ||
| 1 | Binəqədi qəsəbəsində 179 saylı orta məktəb üçün 1416 şagird yerlik yeni binanın inşası | 4 377 000 |
| 2 | Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin əsaslı təmiri və köhnə korpusunun sökülməsi | 1 768 000 |
| Qaradağ rayonu | ||
| 3 | Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmiri | 3 858 000 |
| Nərimanov rayonu | ||
| 4 | Humanitar fənlər gimnaziyasının əsaslı təmiri və bərpa-gücləndirilməsi | 5 170 000 |
| Sabunçu rayonu | ||
| 5 | Ramana qəsəbəsində 78 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi | 3 084 000 |
| 6 | Maştağa qəsəbəsində 187 saylı tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi | 5 799 000 |
| 7 | Zabrat qəsəbəsində 192 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi | 3 600 000 |
| 8 | Ramana qəsəbəsində 198 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi | 2 480 000 |
| 9 | Nardaran qəsəbəsində 295 saylı tam orta məktəbin əsaslı təmiri | 4 660 000 |
| Suraxanı rayonu | ||
| 10 | Qaraçuxur qəsəbəsində Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpa-gücləndirilməsi | 5 204 000 |
| Cəmi | 40 000 000 | |










