Prezidentdən AYNA ilə bağlı FƏRMAN

Prezidentdən AYNA ilə bağlı FƏRMAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev 30 dekabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”də dəyişikliklər edib.

Tribuna xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra informasiya sisteminə daxil olan “beynəlxalq avtomobil daşımalarını həyata keçirən operatorlar” altsistemi avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının uçotunun aparılması ilə yanaşı, operatorlara kvota ilə müəyyən edilmiş, xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün elektron qaydada mübadilə edilən xarici ölkələrin “İcazə” blanklarının və əldə edilən Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) və çoxtərəfli illik “İcazə” blanklarının (jurnallarının) elektron qaydada verilməsini də təmin edəcək.