Prezidentdən 2 milyonluq Sərəncam

Prezidentdən 2 milyonluq Sərəncam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq.

Tribunainfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 1 000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə-Bibiyani avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindəndən ilkin olaraq 2 milyon manatı ayrılıb.