Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.