Prezident yeni Təşkilat Komitəsi yaratdı, Baş nazirin müavini və nazirlərə yeni vəzifə verdi – SİYAHI

Prezident yeni Təşkilat Komitəsi yaratdı, Baş nazirin müavini və nazirlərə yeni vəzifə verdi – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

TİA.AZ xəbər verir ki, sərəncama əsasən, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16–18 aprel tarixlərində Bakı şəhərində keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: 

Təşkilat Komitəsinin sədri
Əli Həsənov –     Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Ramil Usubov –     Azərbaycan Respublikasının daxili işlər naziri
Təşkilat Komitəsinin üzvləri
Elmar Məmmədyarov –     Azərbaycan Respublikasının xarici işlər naziri
Samir Şərifov                  –     Azərbaycan Respublikasının maliyyə naziri
Oqtay Şirəliyev –     Azərbaycan Respublikasının səhiyyə naziri
Fikrət Məmmədov –     Azərbaycan Respublikasının ədliyyə naziri
Ceyhun Bayramov –     Azərbaycan Respublikasının təhsil naziri
Azad Rəhimov –     Azərbaycan Respublikasının gənclər və idman naziri
Əbülfəs Qarayev –     Azərbaycan Respublikasının mədəniyyət naziri
Zakir Qaralov –     Azərbaycan Respublikasının Baş prokuroru
Səfər Mehdiyev –     Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev –     Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev –     Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Nuşirəvan Məhərrəmov –     Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri
Azay Quliyev –  Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fidumə Hüseynova – Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Rauf Zeyni –  Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.

           

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2019-cu il 16–18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.