Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu göndərib.
Məktubda deyilir: “Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram”.