Xəbər verdiyimiz kimi, avqustun 28-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər.
Tribunainfo.az-ın məlumatına görə, “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Prezident və ailəsinin “Sea Breez”ə səfərini əks etdirən görüntülər paylaşıb.
“Mən həmişə deyirəm ki, mənim üçün “Sea Breeze”in inkişafı və təkmilləşdirilməsi doğma Azərbaycanın inkişafı ilə bərabərdir. Bu özünəməxsus tarix və mədəniyyətə malik, müasir və mütərəqqi və gözəl ölkədir.
Bizim üçün vacibdir ki, bütün aspektlərə əməl edək və öz layihəmizlə sakinlərin perspektivli gələcəyi, xoşbəxtliyi, sevinci və rifahına xidmət edək. Ölkəmizin Prezidentinə və Birinci vitse-prezidentinə, Heydər Əliyev Fondunun vitse-prezidentinə göstərdikləri etimada görə təşəkkür edirik”, – paylaşımda qeyd olunub.