backend

Prezident üçün azərbaycanlılar əhəmiyyət daşımır – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda baş verən sel fəlakəti Prezident Həsən Ruhani üçün əhəmiyyət daşımır. 

Azərbaycanda baş verən sel fəlakəti Prezident Həsən Ruhani üçün əhəmiyyət daşımır.

TİA.AZbər verir ki, bunu “Fars Nyus”a açıqlamasında Vəramin şəhərinin İran parlamentindəki millət vəkili Hüseyn Nəqəvi söyləyib.

“Azərbaycanda sel fəlakətinin baş verdiyi bir vaxtda Həsən Ruhani yeni projelərin açılışı məqsədi ilə Osləviyyə şəhərinə səfər etdi. O, təbii fəlakət bölgəsinə getmək yerinə Osləviyyə şəhərinə səfər etməklə göstərdi ki, onun üçün seçkilərə yönəlmiş təbliğatı daha çox əhəmiyyət daşıyır. Biz gözləyirdik ki, prezident bu xəbəri eşidəndən sonra Osləviyyəyə səfərini ləğv etsin. Əslində oradakı projelərin əksəriyyəti açılışa hazır deyil, bəzilərinin isə açılış mərasimi keçirilib. Bütün bunlar təbliğat məqsədi güdür”, – deyə o bildirib.

Qeyd edək ki, aprelin 14-də Cənubi Azərbaycanda böyük daşqınlar baş verib. Daşqınlardan ən çox Azərşəhr, Əcəbşir, Marağa və Sarab şəhərləri əziyyət çəkib. Daşqınlar zamanı 49 azərbaycanlı həlak olub, bir neçə kənddə evlər tamamilə dağılıb.