Prezident İlham Əliyevin oktyabrın 17-nə imzaladığı sərəncama əsasən, dekabrın 1-dən Dövlət Kontrakt Korporasiyası – Azərkontrakt ASC-nin ləğv edilməsinə başlanılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində qeyd olunub.
Məlumata görə, səhmdar cəmiyyəti kreditorlarına müraciət edib. Müraciətdə deyilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 62 ünvanına bildirə bilərlər.