İlham Əliyev 20 illik hakimiyyəti dövrününün ən populyar illərini yaşayır. Reytinqi həddən artıq yüksəkdir. Siyasi nəzəriyyəyə görə reytinqin ən pik növbəsində siyasətçilər seçkiyə gedib “güvən təzələməsi” edirlər, bu anlamda növbədənkənar seçkilərlə bağlı verilən qərar məntiqlidir.
Tribunainfo.az yazır ki, bu fikirlərlə çıxış edən REAL Partiyasının üzvü Natiq Cəfərli bildirib ki, gələn ilin martında Rusiyada, noyabrda ABŞ-da, il ərzində isə bəzi vacib AB ölkələrində seçkilərdir. Seçki sürəci istənilən halda qeyri-müəyyənlik amilidir, ona görə də Əliyev bu hadisələrdən öncə seçkiləri təyin edərək, digər ölkələrdə baş verəcək hadisələrdən ölkəni sığortalayır:
“2025-ci il formal olaraq “rusməramlıların” ölkəmizdə qala biləcəyi son ildir, onların məmləkətdə olduğu vaxt, qalıb-qalmamaqları müzakirə olunacaq il seçki keçirmək problemlər yarada bilərdi. Ona görə də, vaxtından əvvəl seçki keçirərək sonra onların ölkədən çıxarılması məsələsini rahat müzakirə etmək mümkün olacaq.
Pozitiv gözlənti də odur ki, prezident seçkilərindən həmən sonra referendum elanı ola, illərdir danışdığımız sistemli, köklü problemlərin konstitutsional həll üçün şərait yarana bilər”.