Prezident seçkisindən sonra referendum keçiriləcək? (AÇIQLAMA)backend

Prezident seçkisindən sonra referendum keçiriləcək? (AÇIQLAMA)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Müxtəlif dövrlərdə bununla bağlı fikirlər səslənsə də, hesab edirəm ki, yaxın dövr üçün ölkəmizdə referendum keçirilməsi ehtimalı çox aşağıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli seçkilərdən sonra Azərbaycanda referendum keçirilməsi ehtimalını şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, indiki məqamda proporsional seçki sisteminin bərpası mümkün görünmür:

“Fevralın 7-də prezident seçkiləri yekunlaşacaq. Yəqin ki, prezidentin müəyyən proqram və planları, nəzərdə tutduğu işlər var. Amma onların çoxunun həyata keçməsi üçün referendumun keçirilməsi vacib deyil. Referendumun keçirilməsi əsasən proporsional seçki sisteminin tətbiqilə bağlı lazımdır. Amma indiki şəraitdə hakimiyyət proporsional seçki sisteminin tətbiqində o qədər də maraqlı deyil. Təbii ki, noyabr ayında seçkilər  keçiriləcək, hətta ola bilsin bir qədər ertələnsin. Amma hər halda indiki məqamda proporsional seçki sisteminin bərpası mümkün görünmür. Siyasi partiyalarla bağlı müəyyən dəyişiklik oldu, yeni siyasi konfiqurasiya yarandı. Amma siyasi partiyaların cəmiyyətdəki rolu xeyli aşağıdır. Yalnız növbəti 5 il ərzində proporsional seçki sisteminin tətbiqi gündəmə gələ bilər. Digər məsələlər, icra hakimiyyətinin təşkili məsələsi və Nazirlər Kabinetinin ləğvi istisna olmaqla, prezidentin fərmanı və ya qanunlarla tənzimlənə bilər. Yəni bunlar üçün referendum keçirməyə ehtiyac yoxdur”.