Prezident Şamaxıda üzüm bağları ilə tanış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Qranata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub.
 Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Qranata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub.

TİA.AZ-ın məlumatına görə, dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. “Az-Qranata” MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır.

Təsərrüfatda istehsal edilən üzüm sortları Bakı şəhərində fəaliyyət göstərən “Meyvəli” ticarət mərkəzində və 8-ci Kilometr bazarında topdansatış qaydada satılır. Texniki sortlar isə “Az-Qranata” MMC-nin nəzdində fəaliyyət göstərən şərab emalı zavoduna təhvil verilir.