Prezident sakinlə zarafatlaşdı – “Elə yol olub?”(Video)

Prezident sakinlə zarafatlaşdı – “Elə yol olub?”(Video)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Cəbrayılın Horovlu kəndində sakinlərlə görüşüb.

Tribunainfo.az -ın məlumatına görə, kənd sakinlərindən biri ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb:

Prezident İlham Əliyev: İndi gənclər də darıxmamalıdır burada. Çünki birincisi, doğma torpaqdır. İkincisi, şərait yaxşıdır. Üçüncüsü, bütün bu Qarabağ, Şərqi Zəngəzur ən inkişaf etmiş bölgələrdən biri olacaq – nəinki Azərbaycanda, dünya miqyasında. Belə kəndlər harada salınır?

Digər kişi sakin: Yoxdur, gözəldir, hamının xoşuna gəlir. Gözəl kəndlərdir.

Prezident İlham Əliyev: Şəhərlər, yollar. İndi siz hansı yolla gəlmisiniz buraya?

Digər kişi sakin: Biz Şükürbəylidən gəldik.

Prezident İlham Əliyev: Yolu gördünüz?

Digər kişi sakin: Gördük, gördük, çox gözəldir.

Prezident İlham Əliyev: Elə yol olub?

Digər kişi sakin: Qabaq buradan o yolu gedəndə yarım saata, qırx dəqiqəyə gedib çıxırdıq. İndi 10 dəqiqəyə gəlib çıxırıq.

Prezident İlham Əliyev: İndi buradan Zəngilana gedəcəksiniz 20 dəqiqəyə. Buradan da Zəngəzur dəhlizi keçəcək. Böyük ticarət yolu olacaq.

Digər qadın sakin: İnşallah, sayənizdə.

Həmin səmimi dialoqu təqdim edirik: