Gürcüstan prezidenti Georgi Marqvelaşvili öz vətənində qiyabi olaraq həbs olunan Mixail Saakaşvilini əfv etməyi planlaşdırmır.
“Hansı məntiqlə mən Saakaşvilini əfv etməliyəm? Prokurorluq hansı ittihamı irəli sürməli olduğunu, araşdırmanı necə aparmağı müəyyən edə bilmir, hakim əfv etmə haqqında maddənin qanunsuz istifadəsinin sərhədi ilə müəyyən edə bilmir. Və Gürcüstan prezidenti əfv etməklə onların bu səhvlərini düzəltməlidir?”, – deyə Marqvelaşvili hiddətlənib.
“Əfv – bu məhkəmə səhvinin düzəldilməsi deyil, bu mərhəmət aktıdır. Belə bir reallıq qarşısında mən Saakaşviliyə münasibətdə bu cür emosiya göstərə bilərəmmi?”, – prezident soruşub.
O, həmçinin Saakaşvilini prokurorluq və məhkəmənin “köhnə ənənələrlə fəaliyyət göstərdiyi” hazırkı sistemi yaratmaqda ittiham edib: “Yeni hakimiyyət bunu aradan qaldırmaq iqtidarında deyil”.
Qeyd edək ki, yanvarın 5-də Tbilisi şəhər məhkəməsi qiyabi olaraq ölkənin sabiq prezidenti Mixail Saakaşvilini 4 il müddətinə azadlıqdan məhrum edib. Amnistiya nəticəsində Saakaşvilinin həbs müddəti üç ilə qədər enib.
Sabiq prezident Sandro Qirqvlianinin iş üzrə “Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə” ittiham olunub. İstintaqın versiyasına əsasən, Mixail Saakaşvili Konstitusiya Təhlükəsizliyi Departamentinin sabiq rəhbəri Date Axaliyaya Sandro Qirqvlianinin qətlinə görə həbs olunanları əfv edəcəyinə söz verib. Bundan sonra Saakaşvili əfv komissiyasının qərarı olmadan Qerontiya Alaniya, Mixail Bibiluridze, Avtandil Apçiauri və Aleksandr Qaçayevi əfv edib.