Prezident İlham Əliyev Qəzənfər Paşayevə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
TİA.AZ-ın məlumatına görə sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qəzənfər Məmməd oğlu Paşayevə “Əməkdar elm xadimi” fəxri adı verilsin.