Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Tanini təbrik edib.
Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Tanini təbrik edib.
TİA.AZ təbrik məktubunun mətnini tədim edir:
“Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Qətər Dövlətinin qardaş xalqına daim sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 dekabr 2016-cı il”.