Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana səfər edəcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın “Zakon.kz” portalı yayıb.
Bildirilib ki, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti əsasında baş tutacaq.
Xatırladaq ki, Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycanda səfərdə olub. O, Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII sammitində iştirak edib.