İranın yeni prezidenti Məsud Pezeşkiyan yerli mediaya verdiyi açıqlamasında deyib ki, o, həkim kimi fəaliyyətinə davam edəcək. Tribunainfo.az xəbər verir ki, Azərbaycan əsilli dövlət başçısı ürək cərrahı olaraq əməliyyatlara girəcəyini bildirib.
“Mən dövlət tədbirlərinin vaxtını bir neçə saat təxirə sala bilmərəm. Bununla dövlət dağılmayacaq. Amma bir adamın həyatını xilas etməyi təxirə sala bilmərəm”- deyə o, bildirib.