“Prezident olsam, onu işdən qovacam” – Trampbackend

“Prezident olsam, onu işdən qovacam” – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin keçmiş prezidenti, noyabrın 5-də keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp prezident olacağı təqdirdə ona qarşı istintaq aparan xüsusi prokuror Cek Smitin işinə son verəcəyini bildirib.

Donald Tramp bir radio verilişinə verdiyi müsahibədə aparıcının “Prezident olsanız seçim etməli olacaqsınız. Ya özünüzə amnistiya verəcəksiniz, ya da Cek Smiti işdən çıxarmalı olacaqsanız. Hansını edəcəksiniz?” sualına qətiyyətli cavabı ilə diqqət çəkib.

Smitin “fırıldaqçı” olduğunu deyən Tramp Smiti 2 saniyəyə işdən çıxaracağını və prezident olanda bu məsələnin “ilk həll olunacaq məsələlərdən biri olacağını bildirib