Xəbər verdiyimiz kimi, noyabrın 29-da paytaxtın Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsi, 49 ünvanında yerləşən tikintisi yarımçıq qalmış binada yanğın baş verib.
Xəbər verdiyimiz kimi, noyabrın 29-da paytaxtın Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsi, 49 ünvanında yerləşən tikintisi yarımçıq qalmış binada yanğın baş verib.
Baş verən faciə nəticəsində 4 nəfər ailə üzvü 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlu həlak olmuşdu.
TİA.AZ AzerTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşovun ailəsinə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, birdəfəlik maddi yardım ayrılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov dekabrın 16-da dövlət tərəfindən ayrılmış birdəfəlik maddi yardımı Əkbər Babaşova təqdim edib. O, bildirib ki, məcburi köçkünlərin məskunlaşdığı və yanğın baş vermiş həmin ərazi özəl şirkətlərin biri tərəfindən alındığı üçün hazırda Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılır.