Gürcüstan Prezidenti Georgi Marqvelaşvili müxalifəti və qeyri-hökumət təşkilatlarını Konstitusiya dəyişiklikləri ilə bağlı məsələdə aktiv olmağa səsləyib.
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili müxalifəti və qeyri-hökumət təşkilatlarını Konstitusiya dəyişiklikləri ilə bağlı məsələdə aktiv olmağa səsləyib.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan prezidentinin mətbuat katibi Pikriya Çixradze söyləyib. O, prezidentin müxalifətin yaratdığı “Konstitusiyanı qoruyaq” kampaniyasına qoşulmaq fikrində olmadığını bildirib:
“Prezident Konstitusiya reformları məsələsində çox aktiv idi və bundan sonra da öz aktivliyini davam etdirəcək. Bizim məqsədimiz yaxşı Konstitusiya əldə etməkdir”.
Qeyd edək ki, Gürcüstan hökuməti Konstitusiyada dəyişikliklər etmək istəyir. Dəyişikliklərə əsasən, prezident xalqın deyil, parlamentdə deputatların səsi ilə seçilməlidir, parlament seçkiləri isə yalnız proporsional qaydada keçirilməlidir.
Marqvelaşvili dəyişikliklərin böyük əksəriyyətinə qarşı çıxır.