Çili Respublikasının Prezidenti Sebastian Pinyera COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda ictimai məkanda maskasız gəzdiyi üçün cərimə edilib.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, ölkə prezidenti təxminən 3500 dollar cərimə olunub.
Bu barədə Valparaiso Səhiyyə Katibliyi “Twitter” hesabında məlumat da paylaşıb. Qeyd edilib ki, 5 dekabrda dövlət başçısı ölkənin Caçaqua bölgəsindəki Zapallar çimərliyində maskasız gəzdiyi üçün 2 milyon 551 min 450 Çili pesosu (təxminən 3 min 500 dollar) cərimə kəsilib.
Yerli medianın yazdığına görə, Prezident Sebastian Pinyera artıq cəriməsini ödəyib.