Prezident İlham Əliyev Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı sənəd bu il iyunun 25-də Cenevrə şəhərində və iyulun 11-də Bakı şəhərində imzalanıb.
Sənəddə Azərbaycan hökumətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təmsil edib.
Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının tarixində ilk dəfə olaraq Azərbaycanda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı noyabrın 17-dən 28-nə qədər baş tutacaq.