Prezident İlham Əliyev Türkiyədə “İlin dövlət başçısı” seçilib

Prezident İlham Əliyev Türkiyədə “İlin dövlət başçısı” seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə “İlin dövlət başçısı” seçilib.

TİA.AZ xəbər verir ki, bu barədə AZƏRTAC-a Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar məlumat verib.

O bildirib ki, sözügedən seçim Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılıb.

Bilal Dündar deyib ki, “İlin dövlət başçısı” mükafatı Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacaq.