Prezident İlham Əliyev: Dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır

Prezident İlham Əliyev: Dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir.

Tribunainfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində bir qrup sakinlə görüşdə deyib.

“İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində”, – Prezident qeyd edib.