Prezident İlham Əliyev 3 nəfəri də təltif etdi – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev bu gün daha üç sərəncam imzalayıb

Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Rauf Yusuf oğlu Babayev “Şöhrət” ordeni ilə təltif edilib.
***
Prezidenti İlham Əliyevin digər sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Flora Qasım qızı Qasımova “Şöhrət” ordeni ilə təltif edilib.
***
Prezident həmçinin Azərbaycanda rəssamlıq sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Salxab İsa oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edib.
TİA.AZ