Prezident: “Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi, biz onun bu arzusunu reallaşdırdıq”backend

Prezident: “Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi, biz onun bu arzusunu reallaşdırdıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz onun bu arzusunu reallaşdırdıq. Biz bununla fəxr edirik, xoşbəxtik. Bütün azərbaycanlılar – təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə fəxr edirlər”.

Tribunainfo.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu Qələbə ədalətin, tarixi ədalətin və beynəlxalq hüququn Zəfəridir.