Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Əminəm ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və rifah diləyirəm”.