Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri olan gömrük xidməti general-leytenantı Şahin Bağırovun sabah 60 yaşı tamam olacaq.