Prezident Gənclər Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiqləyib- SİYAHI

Prezident Gənclər Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiqləyib- SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

TİA.AZ-ın xəbərinə görə, sərəncamla Gənclər Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiqlənib:

Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Vəliyeva Məhəbbət Məhərrəm qızı – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Kərimli Mətin İmdad oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məcidova Məryəm Teymur qızı – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Vəliyev Seymur Aydın oğlu – “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri

Ağabəyli Murad Asif oğlu – “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini.