Prezident İlham Əliyev Fransa xarici işlər nazirinin yalan danışdığını deyib.
Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.
Prezident İlham Əliyev aprelin 2-də Parisdə Entoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib.