Prezident finlandiyalı həmkarını təbrik etdi

Prezident finlandiyalı həmkarını təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.

TİA.AZ xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm”.