Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar – Təsdiqləndibackend

Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar – Təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Tribunainfo.az xəbər verir ki, Fərmanla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır:

– “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

– “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 iyun tarixli 1371 nömrəli Fərmanı ləğv edilsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.