Prezident fərman imzaladı

Prezident fərman imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında fərman imzalayıb.

Tribunainfo.az xəbər verir ki, fərmana əsasən, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000,00 manat məbləğində təsdiq edilib.

Bu xərclərin maliyyələşmə mənbələri aşağıdakılardır:

– icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 571 690 000,00 manat;

 

– icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitlərindən (qalığından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 370 000 000,00 manat.

 

Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.