Prezident Ərdoğandan taxıl dəhlizi açıqlaması

Prezident Ərdoğandan taxıl dəhlizi açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Sazişinin dayandırıldığını açıqlaması ilə bağlı “İnanıram ki, Rusiya prezidenti Putin bu humanitar körpünün davam etməsini istəyir” deyib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Xarici işlər naziri Hakan Fidanın rusiyalı həmkarı ilə görüşəcəyini bildirən Ərdoğan, “Bəlkə avqustu gözləmədən cənab Putinlə telefon danışığı ilə addımlar ata bilərik” deyib.

Eyni zamanda, prezident Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə 3 günlük turneyə çıxıb.

Qeyd edək ki, Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Prezident ilk dayanacağı Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl İstanbul Atatürk Hava Limanında mətbuat konfransı keçirib.