PREZİDENT ƏLİYEVİN SON XƏBƏRDARLIĞI – KİŞİNYOVDAN SONRA SÖZ ORDUMUZUNDUR!backend

PREZİDENT ƏLİYEVİN SON XƏBƏRDARLIĞI – KİŞİNYOVDAN SONRA SÖZ ORDUMUZUNDUR!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi şərhçi Kənan Rövşənoğlu yaxın gələcəkdə sülh sazişi imzalanmasını gözləmir. Tribunainfo.az məlumat verir ki, analitik səbəbi üç mərkəzin strateji rəqabətində görür. Onun sözlərinə görə hazırkı formatda, yəni üç paytaxtda aparılan Azərbaycan-Ermənistan danışıqlarının nəticə verəcəyini, ən azı yaxın dövrdə sülh bağlanacağına ümidi azdır: “Çünki danışıqlar dünyanın rəqabət aparan, hətta düşmən olan üç paytaxtında – Vaşinqton, Moskva və Brüsseldə – aparilır.

Bu prosesdə sülh əldə eləmək elə də asan olmayacaq. Çünki hər üç paytaxtın öz “prioritetləri” var. Eyni məsələ ilə bağlı üç fərqli məkanda, üç fərqli güc mərkəzinin egidası altında aparılan danışıqların nəticə verməsi real deyil. Çunki hər təskilatçının öz gündəmi və maraqları var. Onlar da nəzərə alınmalıdır. Bu isə çox çətindir. Ona görə də yaxın dövrdə sülh sazişi real deyil, təşkilatçılardan ən azı birinin dominantlığı qəbul olunmalıdır”.

Politoloq Elxan Şahinoğlu bildirir ki, Kişinyovda sülh sazişi imzalanmayacaq, bir neçə şifahi razılaşmanı əks etdirən ortaq bəyanatın qəbulu mümkündür: ” Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” dedikdən sonra ardını gətirməyə qorxdu və nəticədə yenə də təxribatların sayı artıb. Təxribatlar Qarabağın tamamının nəzarətə alınmasını aktuallaşdırıb. Prezident İlham Əliyevin Laçındakı çıxışında səsləndirdiyi tezislər buna xidmət edir. Qarabağda son mərhələmiz qalıb”.