PREZİDENT ƏLİYEV NİYƏ NÖVBƏDƏNKƏNAR SEÇKİYƏ GETDİ? – PƏRDƏARXASI

PREZİDENT ƏLİYEV NİYƏ NÖVBƏDƏNKƏNAR SEÇKİYƏ GETDİ? – PƏRDƏARXASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əliyev 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncam imzalayıb. Bu qərarın iki mümkün səbəbi var.

Tribunainfo.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlının fikrincə, yeni dövrə qədəm qoyuruq:

“Birinci səbəb odur ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinə nail olan siyasi hakimiyyət mövcud üstünlüyündən istifadə edir. Siyasi təcrübədə belə üstünlüyün seçki prosesində istifadə edilməsi təbiidir.

İkincisi, Qarabağ mesələsi tam həll edildikdən sonra həm ölkədə, həm də bölgədə yeni situasiya yaranıb, xüsusilə geosiyasi mübarizənin Azərbaycanın daxili siyasi müstəvisinə təsir edəcəyi, yaxud belə cəhdlərin olacağı gözləntisi var: Əliyev yeni dövrə daxili siyasətdə üstün mövqeyini daha da möhkəmləndirərək, yeni dövrə güclü şəkildə getmək niyyətindədir”.