PREZİDENT ƏLİYEV “MAKRON PLANI”NI İFLASA UĞRATDI – POLİTOLOQ

PREZİDENT ƏLİYEV “MAKRON PLANI”NI İFLASA UĞRATDI – POLİTOLOQ  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brüssel görüşü noyabrda ola bilər. Görünür ki, Prezidentin qrafiki sıxdır və səfər təxirə salınıb. Amma bu görüş heç olmaya da bilər. Çünki Qərb etimadı itirməkdədir. Mişel də Makron kimi danışmağa başlayıb. Belədə isə vasitəçilik təşəbbüsü Moskvaya keçəcək”. Tribunainfo.az-a danışan siyasi şərhçi Ramiyə Məmmədova belə söyləyib.

Onun fikrincə, “Makron planı” masada olub və prezident Əliyev də imtina edib: “Söhbət Qarabağ erməniləri ilə bağlı şərtlərin irəli sürülməsidir. O baxımdan prezident həmin planı iflasa uğratdı. Ümumiyyətlə, Azərbaycan Makron adı gələn bütün danışıqlara birmənalı imtina cavabı verir. Bu da doğru qərardır. Əgər Qranadaya, sonra Brüsselə getmiriksə, deməli, dövlət başçısı nəyi, necə və nə vaxt etməyi bilir. Əfsus ki, Avropa Birliyi son vaxtlarda üzərimizə həmlələr etdi. Görüşdən imtinaya səbəb kimi bu da istisna deyil”.