Azərbaycanda növbəti əfv verilib.
Azərbaycanda növbəti əfv verilib.
Apa-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb.
Millət vəkili, Əfv Məsələləri üzrə Komissiyanın üzvü Elmira Axundova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əfv sərəncamı 1995-ci ildən bu yana imzalanmış ən geniş həcmlisidir:
“400-dən yuxarı şəxsə şamil oluna bilər. Son 1 il ərzində Əfv Komissiyası toplaşmamışdı, buna səbəb isə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən ilin 28 mayında verdiyi amnistiya aktı ilə bağlı idi. İşlər onun icrasına yönəlmişdi. Biz qərara gəldik ki, il ərzində yığılmış ərizələrə baxaq. Komissiyanın 8 iclası keçirildi”.