Azərbaycan Prezidenti İlham Əliyev Ədalət Hüseynova “Vətənə xidmətə görə” ordeni verib.
Azərbaycan Prezidenti İlham Əliyev Ədalət Hüseynova “Vətənə xidmətə görə” ordeni verib.
TİA.AZ xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.
Qeyd edək ki, Ədalət Hüseynov bundan əvvəl prezidentin sərəncamı ilə 3-cü dərəcəli Vətənə xidmət ordeni ilə mükafatlandırılıb. Onun Rusiya-Azərbaycan münasibətlərinin inkişafında xüsusi rolunun olduğu bildirilir.