Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
TİA.AZ-ın məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilib:
polkovnik Rauf Rafiq oğlu Xələfova
polkovnik İlqar Əli oğlu Musayevə
polkovnik Sahib Novruz oğlu Nağıyevə
polkovnik Asif Mustafa oğlu Rüstəmova.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif edilib:
2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə
Rzayev Ceyhun Fərzalı oğlu – general-mayor
3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə
Ələkbərov Fazil Nəriman oğlu – general-mayor
Fərzəliyev Sultan Cavanşir oğlu – polkovnik
Usubov Mütəllim Məhiş oğlu – polkovnik
«Vətən uğrunda» medalı ilə:
Ağayev Ramil Ağami oğlu – mayor
Cəfərov Şəhruz Cəlaləddin oğlu – kapitan
Səfərov Fuad Vaqif oğlu – polkovnik
Süleymanov Elşən Müzəffər oğlu – mayor
«İgidliyə görə» medalı ilə
Əlizadə Xəqani Sücayət oğlu – kiçik çavuş
Fərzəliyev Muradxan Arif oğlu – kapitan
Rəsulov Ramin Qabil oğlu – mayor
Yusifzadə Emin Elxan oğlu – kapitan
«Hərbi xidmətlərə görə» medalı ilə
Bağırov Elnur Bəxtiyar oğlu – mayor
Bayramlı Elbrus Binəli oğlu – ədliyyə polkovnik-leytenantı
Həmzəyev Rəşad Firidun oğlu – polkovnik
Qasımov Səbuhi Vaqif oğlu – mayor
Məmmədov Madar İbrahim oğlu – kapitan
Məsimov Nazim Abbas oğlu – kapitan
Musayev Mehman Fikrət oğlu – polkovnik
Paşayev Elnur Elman oğlu – kapitan.