Prezident Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını təltif etdibackend

Prezident Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları ali xüsusi rütbələr, eləcə də orden və medallarla təltif olunublar.

Prezident.az-ın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncama görə, DMX rəisinin müavini Elman Məmməd oğlu Əliyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, DMX-nin Bakı şəhər regional miqrasiya baş idarəsinin rəisi İslam Məsum oğlu Ağayevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilir.

Digər bir sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə DMX-nin aşağıdakı əməkdaşları orden və medallarla təltif edilirlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Abdullayev İsmayıl Əli oğlu;

“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə:

Bədəlov Ayxan Əli oğlu

Əliyev Amid Həbib oğlu

Hüseynov İlyas Fətulla oğlu

Hüseynova Nigar Elxan qızı

Quliyev Sunay Arif oğlu

Quliyev Vəli Nüsrəddin oğlu

Mirzəyev Vüqar Həmid oğlu

Səttarova Əfsanə Ziyadxan qızı

Şahmarov Elnur Qaçay oğlu

Tağıyev Faiq Arif oğlu.