backend

Prezident də üzvlük haqqı ödəyir – Siyavuş Novruzov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ilin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olan şəxslərin sayı 700 min nəfəri ötəcək”. 

“Bu ilin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olan şəxslərin sayı 700 min nəfəri ötəcək”.

TİA.AZ xəbər verir ki, bunu publika.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, 2017-ci ilin yanvar ayının 1-ə olan nəticələrə görə, Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 688 min nəfəri ötüb:

“Partiyamızın üzvləri üzvlük haqlarının ödənilməsində çox fəaldırlar. Ümumiyyətlə, YAP-ın bütün rayon və şəhər təşkilatları üzvlük haqqının yığılmasında fəallıq göstərir. Bizdə minimum üzvlük haqqı 1 manat təşkil edir. Ancaq bunun yuxarı həddi qeyri-müəyyəndir. İmkanı olan şəxslər könüllü olaraq partiyamıza daha çox üzvlük haqqı ödəyir. Bununla yanaşı, işləməyən və təqaüddə olan YAP üzvlərindən üzvlük haqqı alınmır. Digər tərəfdən isə YAP Azərbaycanda yeganə siyasi partiyadır ki, üzvlük haqqı və xərclərlə bağlı mütəmadi olaraq hesabat verir və ictimaiyyəti məlumatlandırır”.

Komitə sədri özünün YAP-a daha çox üzvlük haqqı ödədiyini söyləyib:

“Şəxsən mən YAP-a üzvlük haqqı kimi 1 manat deyil, daha çox ödəyirəm. Ancaq partiyaya məndən də çox üzvlük haqqı ödəyən insanlar var”.

S.Novruzov “Prezident İlham Əliyev nə qədər üzvlük haqqı ödəyir” sualına belə cavab verib:

“Təbii ki, cənab Prezident İlham Əliyev də hər bir Yeni Azərbaycan Partiyasının üzvü kimi üzvlük haqqını ödəyir”.